USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda iki tələbə qidadan zəhərlənib - YENİLƏNİB

30.11.2019 Hadisə
0 0
Səhər saat 07:59-da 3 saylı şəhər xəstəxanasına zəhərlənmə ehtimalı ilə gətirilən 21 və 22 yaşlı tələbə oğlanlara lazımı yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Onların həyatları üçün təhlükə yoxdur",- nazirlikdən bildirilib.

*** 09:07

Bakıda iki tələbə qidadan zəhərlənib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Nizami rayonunun NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub.

Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.

3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.