USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstandan Azərbaycana gələn şəxsin avtomobilində pirotexniki vasitə aşkar edilib

09.06.2018 Hadisə
0 0
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Kommersant”a verilən xəbərə görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin arxa qapısında gizlədilmiş, üzərində "Petards" yazısı olan 250 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.