USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağdamda yük maşını yanıb

23.06.2018 Hadisə
0 0
Ağdamda ot bağlaması daşıyan yük maşını yükü ilə birlikdə yanıb.

"Kommersant" bildirir ki, APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Eyvazlı kəndində baş verib.

Seymur Rəhimovun idarə etdiyi QAZ-53 markalı maşınındakı ot bağlamalarına od düşüb. Sürücü maşını yanğından xilas etməyə çalışsa da, alovu söndürə bilməyib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun qarşısını alıblar. Alov söndürülsə də, avtomobil yararsız hala düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğına elektrik naqillərinin yük maşınındakı ot bağlamalarına toxunması olub. Faktla bağlı araşdırma aparılır.