Bitcoin 300 dollar bahalaşdı

15.05.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlarda bahalaşma müşahidə olunur

“Kommersant.Az” xəbər verir ki, mayın 15-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 91-i bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 378 dollar və ya 4,5% bahalaşaraq 8787 dollara yüksəlib.

Son bir həftə ərzində isə bitkoin 581 dollar və ya 6,2% ucuzlaşıb.

Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 30 dollar və ya 4,2% bahalaşaraq 735 dollar olub.

Son bir həftə ərzində isə Ethereum 23 dollar və ya 3% ucuzlaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Zcash-da(44,29%), ən çox ucuzlaşma isə Dentacoin-da(8,47%) müşahidə olunub.