Azərbaycanda pul bazası artıb

04.11.2019 Birja
Azərbaycanda pul bazasının həcmi açıqlanıb.

“Kommersant.az” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2019-cu il oktyabr ayının 31-nə pul bazası 10 mlrd. 298,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 145,5 mln. manat və ya 12,5% çoxdur.

Oktyabrda Azərbaycanda pul bazası 81,5 mln. manat və ya 0,8% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

  • Əvvəlki

    Neft Emalı Zavodunda təmir işləri yekunlaşır

Digər xəbərlər