Bitcoin bahalaşmağa başladı - QİYMƏT

09.06.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlarda bahalaşma qeydə alınıb

“Kommersant” xəbər verir ki, iyunun 9-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 55-i bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 18 dollar və ya 0,2% bahalaşaraq 7671 dollar olub.

Son bir həftə ərzində isə bitkoin 16 dollar və ya 0,2% bahalaşıb.

Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 1 dollar və ya 0,1% bahalaşaraq 606 dollar olub.

Son bir həftə ərzində isə Ethereum 18 dollar və ya 3% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Bibox Token-də(12,09%), ən çox ucuzlaşma isə Substratum-də(6,52%) müşahidə olunub.