Avro/dollar üçün proqnoz aşağı salındı

11.06.2018 Birja
JP Morgan, Avro Bölgəsindəki zəif iqtisadi göstəricilər və siyasi qeyri-müəyyənlik səbəbilə avro/dollar üçün proqnozunu aşağı salıb.

"Kommersant" xəbər verir ki, Bank, avronun 2018-ci ilin sonu qiymətinə dair proqnozunu 1.25 dollardan 1.20 dollar səviyyəsinə endirib.

Bank məzənnənin 2019-un ikinci rübündə isə 1.23 dollar səviyyəsinə qalxacağını proqnozlaşdırır.

  • Əvvəlki

    OPEC ölkələrinin yüksək neft qiymətlərindən gəlirləri açıqlanıb

Digər xəbərlər