Mərkəzi Bankın qısamüddətli notlarına tələb təklifi 3 dəfə üstələdi

04.07.2018 Birja
İyulun 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "Kommersant" a bildiriblər ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01 faiz) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 578 629 400,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 000 000 AZN təşkil edib. Notlar avqustun 1-də ödəniləcək

  • Əvvəlki

    Avtobuslarda xüsusi fəaliyyət rejimi ləğv edildi - RƏSMİ

Digər xəbərlər

12.09.2019 Birja
Azərbaycan nefti ucuzlaşıb
0 0
10.09.2019 Birja
Neftin bahalaşması davam edir
0 0
10.09.2019 Birja
AMB-nin valyuta məzənnələri
0 0