Qızıl 3 dollara yaxın ucuzlaşıb

13.08.2018 Birja
Dünya bazarında qızılın bu saata olan qiymətində ucuzlaşma qeydə alınıb

“Kommersant.az” xəbər verir ki, qızıl 2,80 dollar və ya 0,23% ucuzlaşaraq 1,216 dollar olub.

Məlumata görə, gümüşün qiyməti də 0,03 dollar və ya 0,20 ucuzlaşaraq 15,27 dollar olub.

Pambığın qiymətində ucuzlaşma qeydə alınıb. Belə ki, bu günə olan nəticələrə görə, pambıq 0,28 dollar və ya 0,33% ucuzlaşaraq 1,86 dollar olub.