Qarabağ Azərbaycandır!

Bitcoin 200 dollar ucuzlaşdı

09.05.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma müşahidə olunur

Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma müşahidə olunur

“Kommersant.Az” xəbər verir ki, mayın 9-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 89-u ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 261 dollar və ya 2,7% ucuzlaşaraq 9104 dollara enib.

Son bir həftə ərzində isə bitkoin 76 dollar və ya 0,8% ucuzlaşıb.

Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 34 dollar və ya 4,4% ucuzlaşaraq 725 dollar olub.

Son həftə ərzində isə Ethereum 41 dollar və ya 6% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Pundi X-da(26,54%), ən çox ucuzlaşma isə Aion-da(11,80%) müşahidə olunub.