Bitcoin 1400 dollar ucuzlaşıb

12.05.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma müşahidə olunur

“Kommersant.Az” xəbər verir ki, mayın 11-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 91-i ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 423 dollar və ya 4,8% ucuzlaşaraq 8342 dollara enib.

Son bir həftə ərzində isə bitkoin 1405 dollar və ya 14,4% ucuzlaşıb.

Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 57 dollar və ya 8% ucuzlaşaraq 650 dollar olub.

Son bir həftə ərzində isə Ethereum 155 dollar və ya 19,2% ucuzlaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Nuls-da(7,71%), ən çox ucuzlaşma isə Augur-da(23,49%) müşahidə olunub.

  • Əvvəlki

    Qızıl, gümüş ucuzlaşdı, pambıq bahalaşdı

Digər xəbərlər

22.10.2020 Birja
Lirə bahalaşdı
0 0
22.10.2020 Birja
Avro manata qarşı ucuzlaşdı
0 0
22.10.2020 Birja
Neftimiz ucuzlaşıb
0 0
22.10.2020 Birja
Qızıl bahalaşır
0 0
21.10.2020 Birja
Dollar çökür
0 0
21.10.2020 Birja
Bitkoin bahalaşır
0 0