Qarabağ Azərbaycandır!

Bitcoinin qiyməti 8 min dollarda sabitləşib

14.05.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlarda bahalaşma müşahidə olunur

“Kommersant.Az” xəbər verir ki, mayın 14-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 67-si bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 36 dollar və ya 0,4% ucuzlaşaraq 8409 dollara enib.

Son bir həftə ərzində isə bitkoin 972 dollar və ya 10,3% ucuzlaşıb.

Ethereumun qiymətində isə bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 22 dollar və ya 3,2% bahalaşaraq 701 dollar olub.

Son bir həftə ərzində isə Ethereum 54 dollar və ya 7,1% ucuzlaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Nuls-da(7,71%), ən çox ucuzlaşma isə Augur-da(23,49%) müşahidə olunub.

  • Əvvəlki

    Qızıl yenə bahalaşdı

Digər xəbərlər

02.03.2021 Birja
"Bitcoin" 10 faiz bahalaşdı
0 0
02.03.2021 Birja
Bu günə olan - MƏZƏNNƏ
0 0
01.03.2021 Birja
Neft bahalaşıb
0 0