USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankdan 500 manatlıq açıqlaması

24.05.2018 Bank
0 0
Sosial şəbəkələrdə 500 manatlıq əskinasın görüntüsü yayıldı.

Üzərində ümummilli sabiq Azərbaycan Prezidenti Heydər Əliyevin görüntüsü əks olunan pul vahidi insanlarda çaşqınlıq yaradıb.

"Kommersant.Az" xəbər verir ki, yayılan məlumatlara Mərkəzi Bank aydınlıq gətirib. AMB-dən əldə etdiyimiz məlumata görə, 500 manatlıq pul vahidi ilə bağlı yayılan məlumatlar əsassızdır və görüntü quramadır.