USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlı biznesmenin arvadı milyonçular siyahısında

25.10.2019 Bank
0 0
"Forbes" dərgisi Rusiyanın ən varlı qadınlarının siyahısını hazırlayıb.

"Kommersant.az" axsam.az-a istinadən xəbər verir ki, siyahıda birinci yeri yenə də Moskvanın keçmiş meri Yuri Lujkovun arvadı, "Inteco Management" şirkətinin prezidenti Elena Baturina dayanıb. Onun sərvəti 1,2 milyard dollar dəyərində hesablanıb. Elena bu yeri 2013-cü ildən tutub.

İkinci isə internet-maqazin "Wildberries"in direktoru Tatyana Bakalçuk olub. Onun sərvəti 1 milyard dollardır. Siyahının üçüncüsü peterburqlu milyarder Yuriya Kovalçukun xanımı Tatyana Kovalçuk dayanıb. Onun sərvəti 600 milyon dollardır.

Siyahıda azərbaycanlı, milyarder, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərovun xanımı Larisa Ələkbərova da yer alıb. 180 milyon dollar sərvəti olan qadın 23-cü olub.