Mərkəzi Bankının gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb

30.12.2019 Maliyyə
2019-cu ildə olduğu kimi 2020-ci ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

“Kommersant.az” xəbər verir ki, məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 31-də, martın 19-da, mayın 1-də, iyunun 19-da, iyulun 30-da, sentyabrın 18-də, oktyabrın 30-da və dekabrın 18-də açıqlanacaq.

Qərarlardan dördünü qurumun sədri (gələn ilin aprel ayına qədər Elman Rüstəmovdur - red) keçirəcəyi mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər yanvar, may, iyul və oktyabr aylarına nəzərdə tutulub.