USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DSMF-nin gəlirləri artıb

06.08.2018 Bank
0 0
Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 11,96 faiz və ya 239,11 milyon manat çox olmaqla, 2 milyard 237,61 milyon manat olub.

"Kommersant.az" xəbər verir ki, fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 2017-ci ilin müvafiq göstəricisinə nisbətən 11,14 faiz və ya 131,47 milyon manat artaraq 1312,11 milyon manat təşkil edib.

Cari ilin 7 ayında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların 63,15 faizi və ya 828,57 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10,54 faiz və ya 78,99 milyon manat çox olmaqla proqnozun 104,23 faiz icra edildiyini göstərir.

(c) Marja