USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Apple", "Google", "Microsoft" kimi nəhəng şirkətlərin iş görüşməsində verdiyi suallar

28.07.2019 İqtisadiyyat
0 0
Son illərdə dünyanın ən prestijli şirkətləri halına gələn texnologiya şirkətlərində işləmək yeni nəslin gerçəkləşməsini ən çox istədiyi xəyalıdır. Bu şirkətlərdə işə qəbul şərtləri və müsahibədə verilən suallar asan olmaqla yanaşı, həm də qəribə və çaşdırıcıdır.

"Kommersant.az" xəbər verir ki, "Business İnsider" xəbər portalı məşhur texnologiya şirkətlərinin işə qəbul sırasında vakantlara verdiyi sualları oxuculara təqdim edib.

1. İşə gəldiniz və ilk gününüz. Ofisdə sadəcə bir neçə təcrübədə olan işçi var. Sizə nə edəcəyinizi deyə biləcək kimsə yoxdu. Nə edərdiniz?

Şirkət: Microsoft

İş: Hesab idarəçisi və satışa rəhbərlik mütəxəssisi

2. Bir tost maşınını necə dizayn edərdiniz? Onu hansı şərtlərdə test edərdiniz?

Şirkət: Microsoft

İş: Baş proqram rəhbəri

3. Hər şəhərin fərqli istirahət mövsümlərinə bağlı fərqli təqvim planı var. Başqa şəhərə sadəcə həftəsonları gedə bilərsiniz. Bir ildə sahib ola biləcəyiniz ən çox istirahət gününün sayı nə qədər olardı?

Şirkət: Google

İş: Proqram mühəndisi

4. Səni niyə işə götürməyim?

Şirkət: Twitter

İş: İnsan qaynaqları

5. Çox sayda hesab əməliyyatını hesab maşını olmadan necə həll edə bilərsən? Addımlarını hansı məntiqi əsaslarla atarsan?

Şirkət: Microsoft

İş: Məlumat bürosu rəhbəri

6. Nyu-Yorkdakı bütün binaları boyayacaqsan. Nə qədər boya lazımdır?

Şirkət: Google

İş: İş sistemləri analitiki

7. Evdə baxacaq kimsə olmadığı üçün itini iş yerinə aparmalısan. Lakin bir iş yoldaşının itlərə qarşı allergiyası var. Bu durumu rəhbərliyə necə bildirəcəksən?

Şirkət: Google

İş: Hesab idarəçisi

8. Bir avtomat robot dizayn edin.

Şirkət: Microsoft

İş: Baş proqram idarəçisi

9. Tərcümeyi-halındakı başlıqlar xoşuma gəlmədi. Niyə bu iş üçün ən yaxşısı olduğunu iddia edirsən?

Şirkət: Twitter

İş: Satış direktoru

10. Bir məktəb avtobusuna neçə qolf topu yerləşər?

Şirkət: Twitter

İş: Hesab idarəçisi. (publika.az)

  • Əvvəlki

    Bakıda isti, rayonlarda leysan olacaq

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0