USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şirkət 160 milyard dollarlıq sərmayə yatıracaq

08.08.2018 İqtisadiyyat
0 0
Cənubi Koreyanın texnologiya nəhəngi Samsung gələcək 3 ildəki investisiya planlarını ictimaiyyətə açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, Cənubi Koreyanın xəbər agentliyi "Yohap"da yer alan xəbərə görə, şirkətin yeni plan çərçivəsində gələcək 3 ildə 180 trilyon won (təxminən 160 milyard dollar) investisiya yatıracağı bildirilib.

Həmin investisiyanın 130 trilyon won-un (təxminən 120 milyard dollar) Cənubi Koreyada yatırılacağı, investisiyalar sayəsində ölkədə 700 min iş yeri açılacağı qeyd edilib.

Şirkət 25 min nəfər olan işçi sayını 3 ildə 40 min nəfərə çatdıracağı sözünü verib.

MÜHÜM SEKTORLAR

Sərmayələrin 25 trilyon won-luq (22 milyard dollarlıq) hissəsinin süni zəka, 5G mobil rabitə şəbəkəsi, bio-əczaçılıq və avtomobil elektronu kimi böyümə potensialı olan kritik sektorlara yatırılacağı qeyd edilib.

Bu çərçivədə Samsung Cənubi Koreyada yaradacağı mərkəzdə min süni zəka tədqiqatçısını işlə təmin edəcək.

Şirkət, gələcəkdə sürücüsüz avtomobillər, əşyaların interneti və robot proqramlarının inkişafına böyük töhfə verməsi gözlənilən 5G mobil rabitə şəbəkələrinə investisiya qoymağı planlaşdırır.

Süni zəka və 5G, şirkətin gələcək inkişafının "mühərriki" olacaqdır.

Elektron addımların uğursuz olması ehtimalına qarşı bio-əczaçılıq sahəsinə investisiyaların artırılmasına da qərar verilib.

Şirkət, avtomobillər üçün elektron hissələr və ekran sistemləri istehsalında investisiyaların artırılacağını qeyd edib.

Samsung-un investisiya planları Asiyanın 4-cü böyük iqtisadiyyatı olan Cənubi Koreyanın iqtisadi artımı baxımından həlledici əhəmiyyət daşıyır. Cənubi Koreyada Yaponiya və Almaniyada olduğu kimi texnologiyalar istehsal edən kiçik və orta miqyaslı müəssisələr çox deyil. Bu səbəbdən ölkədə iqtisadi inkişaf və məşğulluq üçün böyük yerli şirkətlərin investisiya xərclərinə əsaslanır.

(c) Marja

  • Əvvəlki

    Sanksiyalar Azərbaycana da aid olacaqmı? - BP ABŞ-A MÜRACİƏT ETDİ

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0