Qarabağ Azərbaycandır!

“İnstagram”ın qurucuları istefa verib

25.09.2018 İKT
Sosial şəbəkənin fəaliyyəti dəyişə bilər?

“Kommersant.az” xəbər verir ki, 8 il əvvəl hazırda ən məşhur sosial şəbəkələrdən biri olan “İnstagram”ı yaradan Kevin Systrom və Mike Krieger istefa veriblər.

Belə ki, yaratdıqları şəbəkəni 6 il əvvəl “Facebook”a satan şirkət qurucuları bu günə qədər işlərini davam etdirsələr də, bu gün istefa etdiklərini açıqlayaraq şirkətdən ayrılıblar. İstefanın səbəbinin nə olduğu ilə bağlı ictimaiyyətə dəqiq məlumat verilməsə də, şirkət rəhbərlərinin münasibətlərində fikir ayrılıqlarına həmişə rast gəlindiyi və rəhbərlikdə anlaşmazlıq yaşandığı danışılırdı.

Sosial şəbəkənin fəaliyyətində bundan sonra nə kimi dəyişiklik olacağı da sual altındadır.