USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mineral yun zavodu istifadəyə veriləcək

29.05.2018 İqtisadiyyat
0 0
“Biz 2019-ci ilin axırına mineral yun zavodunu istifadəyə verəcəyik".

"Kommersant.Az" xəbər verir ki, bunu "Mətanət A" şirkətinin rəhbəri Elxan Bəşirov bildirib.

Tanınmış iş adamı qeyd edib ki, artıq bununla bağlı Almaniyanın ən məşhur şirkətlərindən biri ilə müqavilə bağlanıb: "İlkin ödənişlər edilib, bütün texnologiyalar, avadanlıqlar sifariş verilib, vaxtında Azərbaycana gətiriləcək".

Mineral yundan binalarda və texnikada istilik, səs və yanğın izolyasiyası məqsədilə istifadə edilir.

Elxan Bəşirov, "Biz Hacıqabulda da maşınqayırma istiqamətli böyük bir layihə həyata keçirəcəyik. Bu layihə tikinti avadanlıqlarının istehsalını gerçəkləşdirəcək", -deyə əlavə edib

"RƏQİBLƏRİMİZİ GERİDƏ QOYMUŞUQ"

Cənab Bəşirov tikintisi ötən il başa çatdırılan Qazax əhəng zavodunun fəaliyyətinə toxunaraq bu zavodun istehsal etdiyi əhəngin regiondakı rəqiblərini xeyli geridə qoyduğunu vurğulayıb.

  • Əvvəlki

    500-700 arası bal toplayanların sayı açıqlandı

Digər xəbərlər