Sığortaçılar üçün attestasiya keçiriləcək

13.04.2019 Sığorta
Müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün aprelin 16-da attestasiya keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 83.4-cü maddəsinə və "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarının 4.1-ci bəndinə əsasən, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

VTB