"AXA MBask" nizamnamə kapitalını artırıb

06.06.2018 Sığorta
"AXA Mbask" Sığorta Şirkəti ASC nizamnamə kapitalını 4 200 090 manat və yaxud 21,28% artıraraq 23 933 828 manata çatdırıb.

"Kommersant" Maliyyə Bazarlarına Nəzarət Palatasının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir ki, bu məqsədlə dövriyyəyə hər birinin nominal dəyəri 382 manat olan 12 041 ədəd (4 599 662 manatlıq) səhm buraxılıb.

Bunun isə 10 995 ədədini yerləşdirmək mümkün olub.

VTB