Azərbaycan sığorta bazarında ən çox ödəniş edən 5 şirkət

05.05.2020 Sığorta
Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyata keçirilmiş 77,064 milyon manat sığorta ödənişinin 58,61 milyon manatı və yaxud 76,05%-i 5 sığorta şirkətinin payına düşüb.

"Kommersant.az" xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (29,891 milyon manat), "PAŞA Sığorta" (15,282 milyon manat), "Atəşgah Həyat Sığorta" (4,726 milyon manat), “Xalq Sığorta” (4,537 milyon manat) və "Atəşgah Sığorta" (4,174 milyon manat) ASC-lərdir.