“Bakı Sığorta”nın İdarə Heyətinin yeni sədri - DOSYE

21.06.2018 Sığorta
“Bakı Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

Bu vəzifə şirkətin İH-nin sədr müavini Ramin Məmmədova həvalə edilib.

Ramin Məmmədov kimdir?

Məmmədov Ramin Hacıağa oğlu 3 noyabr 1984-cü ildə Lerik rayonunda anadan olub.

Təhsili:

  • 1991-2002-ci illərdə Lerik rayon 1 saylı orta məktəbdə təhsil alıb.
  • 2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsində ali təhsil alıb.

Peşəkar təcrübəsi:

  • İş fəaliyyətinə 2007-ci ildə mühasib olaraq “Alfa Sığorta” şirkətində başlayıb.
  • 2008-ci ildə isə həmin şirkətin baş mühasibi olub.
  • 2010-cu ildən “Alfa Sığorta”nın maliyyə departamentinin direktoru, idarə heyətinin üzvü təyin edilib.
  • 2012-ci ildə “Bakı Sığorta” şirkətinin maliyyə departamentinin direktoru, idarə heyətinin üzvü, 2013-cü ildən isə sədr müavini seçilib.
  • 2016-cı ilin aprel ayından sədrin vəzifə səlahiyyətlərini icra edib və yeni vəzifəsində Ramil Ağayevi əvəz edib.

Qeyd edək ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib.

Onun nizamnamə kapitalı 8 925 440 manatdır. Şirkətin səhmlərinin 57,9785%-i “Bank Respublika”ya, hər biri 9,375% olmaqla “Diamond Motors”, “Subaru Azerbaijan” və “Yeni Motor” MMC-lərə, 6,9653%-i Murad Arif oğlu Rəhimova, 6,9312%-i Behbud Çingiz oğlu Nəcəfova məxsusdur.

Report