Polislərə güzəştli sığorta - 10 İYULADƏK

02.07.2018 Sığorta
“Qala Sığorta” və “Qala Həyat” şirkəti “2 İyul – Polis Günü” münasibətilə könüllü sığorta məhsulları üzrə xüsusi kampaniyaya start verib.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən “Kommersant”a verilən məlumata görə, kampaniya çərçivəsində daxili işlər orqanlarının bütün işçiləri üçün könüllü sığorta məhsullarına 15-20%-dək güzəşt nəzərdə tutulub.

Bu güzəştdən yararlanmaq istəyənlər istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər.

Kampaniya 10 iyul tarixinədək qüvvədədir.