USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərsığorta" Maliyyə Bazarlarına Nəzarət Palatasına münasibət bildirdi

17.05.2019 Bank
0 0
Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) Maliyyə Bazarlarına Nəzarət Palatasının onun fəaliyyətini məhdudlaşdırmasına münasibət bildirib.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Report"a şirkətin sədr müavini Aftandil Hacıyev açıqlama verib. "Palatanın dediyi nöqsanlar artıq aradan qaldırılıb. Sadəcə, şirkətlə əməkdaşlıq edən sığorta agentlərinin imza hüququ məsələsi açıq qalıb. İcbari Sığorta Bürosuna (İSB) lazımi məlumatları təqdim etmişik və fəaliyyətimizi bu gün tam bərpa edəcəyik", - deyə o qeyd edib.