USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti ucuzlaşıb

15.01.2026 İqtisadiyyat
0 0
İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,04 ABŞ dolları və ya 0,06% azalaraq 71,71 dollar təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,09 dollar və ya 0,13% ucuzlaşaraq 69,53 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,21 dollar və ya 0,55% azalaraq, 37,62 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,22 dollar və ya 0,32% artaraq 68,79 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.