USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İdxal bəyannamələri yalnız elektron formada təqdim ediləcək

29.06.2018 Bank
0 0
Azərbaycanda 1 dekabr 2018-ci il tarixindən etibarən idxal bəyannamələrinin elektron formada təqdim edilməsi sisteminin tətbiqi planlaşdırılır.

"Kommersant" xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Plana əsasən, 1 dekabr 2018-ci il tarixindən etibarən mallar gömrük sərhədindən keçirilənədək qısa idxal bəyannamələrinin yalnız elektron formada təqdim edilməsi sisteminə keçid və bununla bağlı məsuliyyət tədbirlərinin müəyyən edilməsi (fiziki şəxslərin istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirməsi halları istisna olmaqla) həyata keçiriləcək.

Bu sistemin tətbiqi ilə bağlı Dövlət Gömrük Komitəsi Vergilər Nazirliyi Maliyyə Nazirliyi müvafiq təkliflər hazırlamalıdır.