USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə zəlzələ nəticəsində 4 azərbaycanlı ölüb

10.02.2023 Digər
1 25
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş vermiş zəlzələlərdə 4 Azərbaycan vətəndaşının həyatını itirdiyini, 395 vətəndaşın isə zəlzələ bölgəsindən təxliyə edildiyini açıqlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, episentri Kahramanmaraş olan ətraf vilayətlərdə böyük dağıntılara səbəb olan iki güclü zəlzələdən sonra Azərbaycan vətəndaşlarının ölkədən çıxarılması prosesi davam edir.

Bildirilib ki, 395 Azərbaycan vətəndaşı və onların ailə üzvləri Qaziantep, Kahramanmaraş, Adana və Hataydan yola düşən avtobuslarla Azərbaycana göndərilib, təxliyə edilənlərdən 183 nəfəri Azərbaycana gəlib.

Zəlzələ nəticəsində 4 Azərbaycan vətəndaşının həyatını itirdiyi, onlardan birinin Türkiyədə torpağa tapşırılacağı, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi üçün zəruri prosedurların həyata keçirildiyi bildirilib.