USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TikTok problem yaradır - AĞ EV

02.03.2023 Digər
17 6
Ağ Ev sözçüsü Karine Jean-Pierre, Çin sosial media platforması TikTok-un amerikalılardan məlumat toplaması səbəbiylə narahat olduqlarını və tətbiqin ABŞ-ın milli təhlükəsizliyinə potensial təhlükə yarada biləcəyini düşündüklərini söylədi.

Jean-Pierre gündəlik mətbuat konfransında gündəmlə bağlı sualları cavablandırıb.

Çin sosial media platforması TikTok ilə bağlı suala cavab verən Jean-Pierre, Çin kimi ölkələrin amerikalılardan məlumat toplayan rəqəmsal texnologiya tətbiqlərindən narahat olduğunu söylədi. Bu kontekstdə TikTok-un ABŞ-ın milli təhlükəsizliyinə potensial təhdid yarada biləcəyini ifadə edən Jan-Pierre Konqresi bununla bağlı tədbir görməyə çağırdıqlarını qeyd edib.

Ağ Ev işçilərinin TikTokdan istifadə etmədiyini ifadə edən Jean-Pierre, "TikTok-un problem olduğunu çox açıq şəkildə bildirdik" ifadəsini işlətdi. Prezident Co Baydenin də bu məsələ ilə bağlı narahatlığını dilə gətirdiyini vurğulayan Jean-Pierre, digər tərəfdən milyonlarla amerikalının TikTok tətbiqindən istifadə etdiyini bildirdi.

Jean-Pierre, Xəzinədarlıq Departamentinin Xarici İnvestisiyalar Komitəsinin (CFIUS) davam edən araşdırmasına istinad edərək, TikTok-un Birləşmiş Ştatlarda qadağan edilib-edilməyəcəyi ilə bağlı şərh verməkdən hələki imtina edib.