USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden: "İqlim dəyişikliyi ekzistensial təhlükədir"

15.06.2023 Digər
5 0
ABŞ prezidenti Co Bayden iqlim dəyişikliyinin “əsl ekzistensial təhlükə” olduğunu deyib.

Kommersant.az xəbər verir ki, Bayden paytaxt Vaşinqtonda ətraf mühit qrupunun illik şam yeməyində danışıb.

Yeni nəsillərin bir çox təhlükə ilə üzləşəcəyini bildirən Bayden, bunlardan birinin "həqiqətən ekzistensial təhlükə" olaraq xarakterizə etdiyi iqlim dəyişikliyi olduğunu qeyd edib.

Bayden dəyişən hava şəraitinə diqqət çəkərək, Kanadada keçən həftə ABŞ-ın şimal-şərq əyalətlərini təsir edən meşə yanğınlarının tüstüsü səbəbiylə havanın sarıya çevrildiyini və milyonlarla amerikalının maska ​​taxmaq məcburiyyətində qaldığını qeyd edib.

Bu çərçivədə lazımi tədbirlərin görülməsi lazım olduğunu vurğulayan Bayden administrasiyasının ətraf mühitin qorunması üçün atdığı addımlardan danışıb.

  • Əvvəlki

    İşdən çıxarılan icra başçısı kimdir? - Avropada biznes, şirkətlər... - DOSYE

Digər xəbərlər