USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Martın ilk gününün hava proqnozu açıqlandı

29.02.2024 Digər
0 0
Martın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

  • Əvvəlki

    Xiaomi 14-ün ən populyar versiyasının adı açıqlanıb

Digər xəbərlər

20.02.2026 Digər
Almaz dövlət nəzarətinə keçir
0 0
20.02.2026 Digər
Sabah hava necə olacaq?
0 0
19.02.2026 Digər
Sabah hava necə olacaq?
0 0
18.02.2026 Digər
Bu ərazilərdə qaz kəsiləcək
0 0
18.02.2026 Digər
Bu ərazilərində işıq olmayacaq
0 0
18.02.2026 Digər
Bu ərazilərdə su olmayacaq
0 0