USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Boeing-də yeni böhran: Uçuş zamanı təyyarənin mühərrik qapağı çıxdı

08.04.2024 Digər
0 0
Son zamanlar havada bir təyyarənin qapısının qırılması və ard-arda yaşanan problemlər səbəbiylə gündəmə gələn Boeing təyyarəsində yeni böhran yaşanıb. ABŞ-ın Denver şəhərindən Hyustona uçan sərnişin təyyarəsinin mühərrik qapağı havaya qalxarkən yerindən çıxıb və qanad qapağına dəyib.

Ardıcıl problemlər səbəbindən gündəmdə qalan “Boeing” təyyarələrində yeni problem yaranıb. Federal Aviasiya İdarəsi (FAA) "Boeing 737-800" model sərnişin təyyarəsində baş verən insidentlə bağlı açıqlama verib.

Açıqlamaya görə, Southwest Airlines-a məxsus Denverdən Hyustona uçan təyyarənin mühərrik qapağı havaya qalxarkən yerindən çıxıb və qanad qapağına dəyib.

Southwest Airlines bildirib ki, hadisədən sonra təyyarə təhlükəsiz şəkildə Denverə enib və Hyuston sərnişinləri başqa təyyarəyə mindirilib.

Uçuş aprelin 4-də Texasdan havaya qalxmalı olan eyni modelli başqa bir təyyarənin mühərrikində baş verən yanğın səbəbindən təxirə salınıb.

FAA qeyd edib ki, sözügedən hadisələrlə bağlı araşdırmalar davam edir. Boeing, baş icraçı direktoru (CEO) Dave Calhoun-un 2024-cü ilin sonunda vəzifəsindən istefa verəcəyini açıqladı.

Yanvarın 5-də ABŞ-da Alaska Airlines şirkətinə məxsus 737 MAX 9 tipli sərnişin təyyarəsinin havada olarkən gövdəsinin bir parçasının qopması səbəbindən məcburi eniş etməsindən sonra “Boeing” problemlə üzləşib.

Boeing təyyarələrində bir sıra keyfiyyət və istehsal qüsurlarından sonra şirkətdə əsaslı dəyişikliklərlə bağlı aviaşirkətlərdən və tənzimləyicilərdən edilən zənglər artıb.

Şirkət ötən ay 737 MAX proqramında idarəetmə dəyişikliyi olduğunu açıqlamışdı.

  • Əvvəlki

    İrandan İsrailə çox sərt təhdid: "Səfirliklərinin heç biri artıq təhlükəsiz deyil"

Digər xəbərlər

22.04.2024 Digər
Sabah 28 dərəcə isti olacaq
0 0
18.04.2024 Digər
F-16 süni intellektlə uçdu
0 0
18.04.2024 Digər
Dubayda daşqınlar
0 0