USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Toyuq ətinin qiyməti bahalaşa bilər" - AÇIQLAMA

12.11.2025 Digər
0 0
"Toyuq ətinə olan tələbatın artması tamamilə doğrudur. Bu, eyni zamanda toyuq ətinin qiymətinin də artmasına səbəb ola bilər. Hətta dabaq xəstəliyinin yayılması ilə bağlı proses balıq ətinə olan tələbatı da yüksəldə bilər".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O, bildirib ki, toyuq ətinə olan təlabatın artmasının yumurtanın qiymətinə ciddi təsir göstərməsi gözlənilmir, çünki toyuq ətinin əsas istehsalçısı broyler təsərrüfatlarıdır:

"Onlar toyuqları birbaşa ət üçün yetişdirir və satırlar. Tələbat artdıqca broylerlər qiyməti qaldıra bilər. Toyuq əti, mal ətindəki zülalın əvəzləyicisi hesab olunduğuna görə, mal ətində yaşanan problemlər, yəni təklifin azalması və ya istehlakçıların ondan imtina etməsi toyuq ətinin bahalaşmasına gətirib çıxara bilər. Amma bu artımın miqyası problemin nə qədər uzunmüddətli olacağından asılı olacaq".