USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Polşada yeni konstitusiya qəbul oluna bilər

12.11.2025 Siyasət
0 0
Polşa hökuməti yaxın vaxtlarda yeni konstitusiya layihəsi üzərində işə başlayacaq.

Kommersant.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navrotski yerli telekanala müsahibəsində bildirib.

Siyasətçinin sözlərinə görə, son iki il ərzində Polşa konstitusiyası mütəmadi olaraq pozulub. Buna görə də yaxın gələcəkdə Konstitusiya Şurası yaradılacaq. Bununla belə, prezident yeni əsas qanun layihəsinin məzmununa görə məsuliyyət daşımayacaq.

Navrotski xəbərdarlıq edib ki, əgər Polşanın əsas siyasi qüvvələri yeni konstitusiyanın əsas maddələri barədə razılığa gələ bilməsələr, gələn il bu məsələ ilə bağlı ölkədə ümummilli referendum keçirilə bilər.

Yeni konstitusiyanın hazırlanması Navrotskinin əsas seçkiqabağı vədlərindən biri olub. Hazırda qüvvədə olan konstitusiya isə 1997-ci ildə qəbul edilib.

  • Əvvəlki

    2026-cı ilin dövlət büdcəsində Azərbaycan kinosu üçün heç bir vəsait ayrılmayıb - Polad Bülbüloğlu

Digər xəbərlər