USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əli Əsədov bəzi təşkilatlara qadağa qoydu - QƏRAR

27.02.2020 Siyasət
0 0
Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qeyd olunub ki, bu Qayda "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi ilə bağlı məsələləri tənzimləyir.

Dəyişikliyə əsasən, Azərbaycanın Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ olan təşkilatların blanklarında Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə edilməsinə yol verilməyəcək.