USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İcra başçısının kabinetində yatmaq üçün yeri var" - FOTO

05.03.2020 Siyasət
0 0
Tarix Əliyev (Tolik) bəzi icra başçılarını efirdə yenidən tənqidi ilə diqqət mərkəzinə düşüb.

"Kommersant.az" milli.az-a istinadən xəbər verir ki, aparıcı bəzi məmurların vəzifələrindən sui-istifadə edib iş kabinetlərindən başqa məqsədlər üçün istifadə etdiklərini bildirib:

"Bəzi elə manyaklar var ki, vəzifəyə gələn kimi köhnə icra başçısının kabinetini sökərək yenidən remont etdirir, mebelləri dəyişdirir. Elə icra başçıları var ki, kabinetin arxasında yatmaq üçün "spalni"si var. Ora iş yeridir e, istirahət yeri deyil. Özlərinə 50 minə kreslo alırlar, oturanda deyir "Sultanım, xoş gəldin", belə gic-gic şeylər. Sultan Süleymana qalmayan bu dünya sizə də qalmayacaq. Rəhmət qazanın özünüz üçün".