USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Nərimanov rayonunda imkansız ailə varsa, mənə xəbər verin” - Adil Əliyev

01.04.2020 Siyasət
0 0
“Bütün vətəndaşlarımızı dövlətin rəsmi qərarlarını əməl etməyə dəvət edirəm. Hesab edirəm ki, əgər biz karantin vəziyyətinin, aylarla uzanmasını istəmiriksə, bu günə qədər pandemiyadan canını tapşıranlarla kifayətlənmək istəyiriksə, onda hamılıqla “evdə qal” kampaniyasına qoşulmalıyıq”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

“Sosial təcridetmənin, virusun qarşısını almaq üçün, cəmiyyəti, insanları xilas etmək üçün ən doğru yollardan biri olduğunu nəzərə almalıyıq və əməl etməliyik. Təəssüf edirəm ki, bəzi insanlarımız hələ də məsuliyyətsiz münasibət bəsləyirlər. Hamımız dərk edirik ki, kasıb, az təminatlı, İşləməyən insanlarla bağlı problemlər var və bu problemlər dövlətimizin , hökumətimizin nəzarətindədi. Sosial paketlər, hazırlanıb paylanana qədər, imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır. Onlara maddi mənəvi dəstək verməlidirlər. Əgər Nərimanov rayonu, 20 saylı ikinci seçki dairəsinin ərazisində, tanıdığınız imkansız, az təminatlı ailələr varsa, zəhmət olmasa, mənə xəbər verin. Allaha əmanət olun” – A.Əliyev qeyd edib.