USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycanın xalqının milyardlarını dədə malı kimi basıb yemisiz...” - Aslan İsmayılov

02.04.2020 Siyasət
0 0
“Koronavirusla mübarizə Fondu yaradılanda səhifələrimdən azərbaycanlı milyarderlərə və xüsusilə keçmiş oliqarx-məmurlara müraciət etmişdim ki, bu təşəbbüsə qoşulub xalqa əl uzatsınlar. İkincilərə ayrıca yazmışdım ki, Azərbaycanın xalqının milyardlarını zamanında dədə malı kimi basıb yemisiz, bu gün yaxanızı kənara çəkib baş verənləri seyr edirsiz. Heç olmasa indi, xalqın bu çətin günündə oğurladıqlarınızın bir hissəsini xalqın özünə qaytarın.Ölkə üzrə demək olar ki, bütün dövlət qurumlarının əməkdaşlarının maaşlarından bu Fonda pul köçürülüb”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, keçmiş Nəqliyyat naziri Ziya Məmmədov Fonda 2000 AZN, onun oğlu, xaricdə, xüsusilə ABŞ-da verdiyi milyonluq ziyafətlərlə, hədiyyələrlə ad çıxaran "uğurlu iş adamı" Anar Məmmədov 3000 AZN vəsait köçürüb: “Bu həmin Məmmədovlardır ki, Azərbaycan büdcəsindən yüz milyonlarla pul taladılar. Bu gün Azərbaycan xalqının haqqını yeyib onu dilənçi gününə salanlar Türkiyədə 10 milyonlarla dəyəri olan yaxtalarda gəzirlər, Bodrumda qiyməti 100 milyonlarla ölçülən 5 ulduzlu otellər alırlar, Londonun ən bahalı kompleksi sayılan "One Hyde Park"da dəyəri 10 milyonlarla ölçülən mülklərdə yaşayırlar, qollarında milyonluq saatlar gəzdirirlər, onları milyarder edən xalqın çətin durumunda isə ona 2-3 min manat verirlər. Bu addım xalqı, xüsusilə Fond təşəbbüsünü irəli sürənləri ələ salmaqdır! Bu yerdə mən də bir çoxlarına qoşulub deyirəm ki, belələrinin nəyi varsa əllərindən alınmalı, özləri isə həbs olunmalıdılar. Belələri ölkədə maliyyə amnistiyasını mümkünsüz edirlər!”