USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ramiz Mehdiyev şantaja əl atdı - “Əlimdə olan faktları ortaya qoysam...”

10.09.2020 Siyasət
0 1
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev onu tənqid edənləri növbəti dəfə hədələyib.

"Kommersant.az" xəbər verir ki, Ramiz Mehdiyevin hədəfi vaxtilə yaxşılıq etdiyi, indisə ona asi çıxan şəxslər olub. AMEA prezidenti ad çəkmədən həmin şəxsləri nankor adlandıraraq şantaj edib.

“Məni əsassız tənqidlər o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə, xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir- nankorluğudur… Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün”, - deyə Ramiz Mehdiyev bildirib.