USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Araik Arutyunyanın hospitaldan görüntüləri yayıldı - VİDEO

02.11.2020 Siyasət
0 0
Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın səhra hospitallarından birində yardım göstərilməsinə dair videogörüntü yayılıb.

"Kommersant.az" xəbər verir ki, erməni sosial şəbəkə istifadəçilərinin paylaşdığı videoda hərbi mundirdə yaralı halda bir hərbçiyə tibbi yardım göstərildiyi əks olunub. Bu videonu paylaşan ermənilər iddia edirlər ki, hərbi mundirdə ağır yaralı olan şəxs Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyandır.

Xatırladaq ki, A.Arutunyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə gün öncə məhv edilən avtomobil karvanında olub. Türkiyə mediasının bu barədə verdiyi ilkin məlumata görə, hadisə nəticəsində separatçıların “prezidenti” də məhv edilib. Separatçı-terrorçu A.Arutyunyanın məhv edildiyi ilə bağlı yayılan məlumatı Ermənistan hələ də faktla təkzib edə bilməyib.Yenisabah