USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİN-dən Arif Hacılının polis çağırıldığı barədə məlumata - MÜNASİBƏT

18.02.2021 Siyasət
0 0
Daxili İşlər Nazirliyi (DİN) Müsavat başqanı Arif Hacılının polisə çağırılması barədə məlumata münasibət bildirib.

"Kommersant.az"ın xəbərinə görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, Arif Hacılı polis orqanlarına dəvət edilməyib: "Arif Hacılı xüsusi karantin rejimi qaydalarını pozduğu üçün onun barəsində Yasamal rayon Polis İdarəsi tərəfindən protokol tərtib edilib. Həmin protokol onun yaşadığı ünvana göndəriləcək”.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında polisə dəvət olunduğunu yazıb.

APA