USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Boris Conson: “Ukrayna sülh müqabilində öz ərazilərindən imtina etməyəcək”

23.06.2022 Siyasət
0 0
“Ukrayna ərazisi ən azı fevralın 24-nə qədər nəzarətdə olan sərhədlərə qədər bərpa edilməlidir. Ölkənin suverenliyi və təhlükəsizliyi qorunmalıdır”.

Bu barədə Böyük Britaniyanın Baş naziri Conson deyib. O bildirib ki, Ukrayna sülh müqabilində öz ərazilərini verməməli və Ukrayna ərazisi bərpa edilməlidir.

“Biz bilirik ki, ukraynalılara strateji müqavimət göstərməyə kömək etməliyik. Amma biz ukraynalıların özündən daha artıq ukraynalı ola bilmərik. Bu, onların böhranıdır və onlar nə edəcəklərinə qərar verməlidirlər. Onlar sülh müqabilində ərazilərdən imtina etməyəcəklər, pis sövdələşməyə getməyəcəklər Ukrayna ərazisi ən azı fevralın 24-nə qədər olan sərhədlərə qədər bərpa edilməlidir. Ölkənin suverenliyi və təhlükəsizliyi qorunmalıdır”, – Conson bildirib.