USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident DTX-nin əməkdaşına yüksək vəzifə verdi

25.07.2022 Siyasət
0 0
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün üç rayona yeni icra başçısı təyin edib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə Araz Əhmədov gətirilib.

Pravda.az-ın məlumatına görə, Masallı Rayon İcra Hakimiyyətinə təyin olunan yeni başçı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olub. Araz Əhmədov xidmətin general-mayorudur. O, 2019-cu ildə Prezidentin sərəncamı ilə sözügedən ali hərbi rütbə ilə təltif edilib. A.Əhmədovun DTX-də son vəzifəsi idarə rəisi olub.