USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şura yaradılacaq

01.08.2022 Siyasət
0 0
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayevlə görüşüb.

Kommersant.az xəbər verir ki, görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin inkişafı istiqəmətləri, həmçinin Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şuranın yaradılması barədə fikir mübadiləsi aparılıb.

Hazırdaq Qazaxıstanda 500-dən çox Azərbaycan şirkəti qeydiyyatdan keçib. Hesab edilir ki, bununla əlaqədar olaraq Azərbaycanla Qazaxıstan arasında İşgüzar Şuranın yaradılması zərurəti mövcuddur.