USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda daha bir vəzifəli şəxs saxlanıldı

12.08.2022 Siyasət
0 0
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib.

"Kommersant.az"ın məlumatına görə, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.

Hazırda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Bildirilib ki, araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.