USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir: “Türkiyə Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığa hazırdır”

27.09.2022 Siyasət
0 0
“Türkiyə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində əməkdaşlığa hazırdır”.

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez Almaniyada keçirilən “WindEnergy Hamburg” adlı konfransda bildirib.

Onun sözlərinə görə, ölkəsi etibarlı və strateji tərəfdaş kimi, Avropanın enerji təhlükəsizliyində konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.

Cənub Qaz Dəhlizi layihəsi “Şahdəniz” qaz-kondensat yatağının istismarının 2-ci mərhələsi çərçivəsində hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının bu layihə çərçivəsində Avropaya tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.