USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Merkel Putinin bəyanatlarına ciddi yanaşmağa çağırıb

28.09.2022 Siyasət
0 0
Almaniyanın sabiq kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinin sözlərini ciddi qəbul etməyin zəiflik olmadığını qeyd edib.

Merkel deyib ki, bu, siyasi müdrikliyin əlamətidir.

Merkel onu da vurğulayıb ki, bu siyasi müdriklik atılan addımlar üçün geniş manevr imkanları yaratmaqla yanaşı, həmçinin heç də az əhəmiyyət daşımayan yeni addımların atılmasına kömək edir.

Merkel qeyd edib ki, Putinin xalqa televiziya ilə müraciəti zamanı Rusiyanın müdafiəsi ilə bağlı dediyi sözlər ciddi qəbul edilməlidir.