USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vilyam Hacıyevin şikayəti üzrə məhkəmə başlayıb

28.09.2022 Siyasət
0 0
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə şikayətin dəlilləri araşdırılıb.

Vilyam Hacıyevin vəkili birinci instansiya məhkəməsində cinayət işinin düzgün araşdırılmadığını, müvəkkilinin verilmiş ittihamlarla əlaqəsinin olmadığını deyib.

Sabiq icra başçısının ailə üzvlərini təmsil edən müdafiəçi isə əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsini istəyib.

Proses oktyabrın 12-də davam etdiriləcək.

Xatırladaq ki, Vilayn Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.