USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Finlandiya Rusiya ilə sərhədi bağladı

30.09.2022 Siyasət
0 0
Finlandiya Rusiya ilə sərhədi bağlayıb.

Finlandiya hökuməti rusiyalı turistlərin Finlandiyaya girişinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması haqqında fərman verib.

Giriş məhdudiyyətləri 30 sentyabr 2022-ci il saat 00:00-da qüvvəyə minir və növbəti bildirişə qədər qüvvədə qalacaq.

Tənzimləmə həm Finlandiyaya gələn turistlərə, həm də Finlandiya vasitəsilə digər ölkələrə tranzit keçməyə şamil edilir.